вторник, 15 марта 2011 г.

Profilaktika, Müdafiə, Immunlaşdırma

15 mart 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində  növbəti meydan tədbiri keçirilmişdir.  Meydanda  25 nəfər  qadın olmaqla əsasən QHT nümayəndələri, müəllimlər, jurnalistlər, evdar xanımlar, kitabxanaçılar və tələbələr,  gənc  qızlar iştirak edirdilər.
Meydanda İşıq qəzetinin müxbiri Yaqut Vafiq qızı, Regional qadın hüquqlarının Müdafiəsi mərkəzindən Nəzakət Səmədova , 11 saylı orta məktəbdən  Sahilə Misirova, Mərkəzi Kitabxanadan metodika şöbəsindən Şəfəq Səlimova, Şirvan Dövlət İqtisadiyyat və humanitar  kollecdən tələbələr Kəmalə Əmrahova, İradə Əsədova, evdar qadınlar Nəsibə Abbasova, Könül Rəhimova  vəs.
Meydana ekspert qismində Uşaq poliklinikasından həkim Fatma xanım  Ocaqova  dəvt olunmuşdur.
Meydanın mövzusu isə Uşaqların sağlamlıqlarının müdafiəsi üçün imunlaşdırmanın vacibliyi idi.
Meydanı girış sözü ilə açan mərkəzin administratoru  qeyd etdi ki, Bu günki tədbirimiz xalqımız ən böyük bayramlarından biri olan axırıncı şərşənbəyə təsadüf edir. Hamınızı  çərşənbə bayramı münasibəti ilə təbrik edirəm, bol ruzi bərəkət və sağlamlıq arzulayıram.  
Dahilər qeyd ediblərki, uşaqlar bizim gələcəyimizdir. Bu gələcəyin  parlaq , layiqli  və sağlam olmasını istəyiriksə , uşaqların sağlamlıqları qayğısına qalmalıyıq. Elə bu səbəbdən bu günki, meydan tədbirinə uşaq poliklinikasında həkim dəvət etmişik ki, uşaqların sağlam böyüməsi üçün valideynlərin nəyi bilməklərinin vacib olduğunu nəzərə çatdırsın.
Sonra  həkim ekspert Fatma xanım qeyd etdi ki, uşaqların sağlam böyüməsini istəyiksə, uşaq hələ ana bətnində olanda onun sağlamlıqları qayğısına qalmaq lazımdır. Əlbəttə ki, mən bu gün  anadan olmuş uşaqların sağlamlıqları üçün ilk növbədə aparılan immunlaşdırma tədbirləri haqqında məlumat  verəcəyəm. 1-ci immunlaşdırma tədbiri  uşaq doğulandan sonra 12 saat  ərzində -HepatitB  vurulur.
 4-7-ci gün ərzində isə vərəm əleyhinə  və poliomielit   peyvəndləri  vurulur
Sonra uşaq 2 aylıq olanda difteriya, göyöskürək, tetanus, poliomenit və hepatit B peyvəndləri vurulur.
3 aylıq olanda difteriya, göyöskürək, tetanus, poliomenit və  peyvəndləri vurulur.
4 aylıq olanda difteriya, göyöskürək, tetanus, poliomenit və hepatit B peyvəndləri vurulur.
12 aylıq olanda qızılca, parotit, məxmərək, vitamin A vurulur
18 aylıq olanda  polimienit, difteriya, göyöskürək, tetanus və Vitamin A  vurulur
6 yaşda  qızılça, məxmərək, difteriya, tetanus, Vitamin A vurulur.
Bütün bu peyvəndlər  uşaq doğulandan  məktəbə gedənə kimi olan yaş dövrlərində vurulan peyvəndlərdir. Sonra ki illərdə bu peyvəndləmə işləri məktəblə birlikdə həyata keçirilir.  İmmunlaşdırma uşağın sağlamlığı üçün çox vacibdir.
İşıq qəzetinin müxbiri Yaqut Vafiq qızı  Bəzi valideynlər öz uşaqlarına peyvənd vurdurmaq istəmir. Bu nə dərəcədə düzgündür sualına Fatma xanım belə cavab verdi. İmmunlaşdırma bütün uşaqlarda aparılmalıdır. Bu uşaqların sağlamlığı üçün vacibdir.  Yolxucu xəstəliklər yayılan zaman peyvənd almış uşaq ya bu xəstəliyə tutulmur, ya da cox yüngül formada bu xəstəlikdən yayınır.
QHT nümayəndəsi  Nəzakət Səmədova Bəzi valideynlər düşünür ki, peyvənd vurulan zaman gələcəkdə həmin  sonsuzluq ola bilər sualına isə həkim qeyd etdi ki, neçə illərdir ki, bu peyvənd vurulma işi davam etdirilir. Bu düzgün fikir deyil.
Müəllimə Sahilə Misirova peyvəndləmə işi üçün valideynlər vəsait ödəyirlərmi sualına isə ekspert cavab olraq bildirdi ki,  Bütün bu işlər dövlət vəsaiti hesabına edilir. Əksinə, biz hər peyvəndin vaxtı zamanı ya telefonla valideyinlərlə əlaqə saxlayır, ya da evlərə sahə  həkimləri gedərək xəbərdarlıq edilir ki, peyvənddən yayınma halları olmasın.
Tədbirin sonunda Həkim qeyd etdi ki, valideyinlər daha çox məlumatlı olmalıdırlar ki, bu immunlaşma prosesindən öz körpəsi kənarda qalmasın.   Sağlam körpə istəyirsinizsə körpənizin  mütləq peyvəndini vurdurmalısız . Gəlin gələcəyimizin  sağlamlığı naminə hamımız birləşək və körpələri müdafiə edək.

Комментариев нет:

Отправить комментарий