четверг, 2 декабря 2010 г.

Hamiləliyin planlaşdırılması

Kombinə olunmuş həblər.

Kombinə olunmuş həblər hamiləlikdən qorunmaq məqsədi ilə  gündə bir dəfə qəbul olunu. Qadınlar arzuolunmux hamiləliyin qarşısını almaq üçün belə həblrədən istədikləri müddət ərzində istifadə edə bilərlər. Belə həblər yumurta hüceyrəsinin yumurtalıqdan xaric olunmasını dayandırır və nəticədə qadın hamilə qalmır.

Kombinə olumuş həblərin zərəri varmı?

Həblər qadın orqanizmi üçün zərərsizdir və təhlükəli deyil. Qəbul qaydalarına düzgün əməl etdikdə onlar çox effektlidir.
Həblərdən istifadə edərək hamiləliyin qarşısını almaq baş vermiş hamiləliyi abort yolu ilə dayandırmaqdan daha təhlükəsizdir.

Kombinə olunmuş həblərin üstünlükləri hansılardır?
  1. Yüksək dərəcədə etibarlıdır
  2. Müxtəlif yaşda olan qadınlar istifadə edə bilər
  3. Qadın həblərin qəbulunu dayandrdıqdan sonra yenidən hamilə qala bilər
  4. Aybaşı dövrünü tənzimləyir, aybaşı qanaxmasının miqdarını və aybaşı ağrılarını azaldır
  5. Mövcud olan yanlış fikirlərin əksinə olaraq, aşağıdakı halların yaranma ehtimalını azaldır
  •                   Uşaqlıq və yumurtalıqların xərçəngu və kistası
  • süd vəzisi xəstəlikləri
  • kiçik canğın iltihabı xəstəlikləri
  • qanazlığı
Kombinə olunmuş həblərdən kim istifadə edə bilər?

Doğmuş və doğmamış qadınlar bu həblərdən istifadə edə bilər
Hansı qadınlar bu həblərdən istifadə edə bilməz
  • körpəsini döşlə əmizdirən qadınlar ( həblər ana südünün keyfiyyətinə və miqdarına təsir edir)
  • yüksək qan təzyiqi, ürək , qara çiyər və ya öd kisəsi  xəstəlikləri olan qadınlar
  • yaşı 35-dən yuxarı olan siqaret şəkən qadınlar
  • Əgər siz kombinə olunmuş həblərdən istifadə edə biləcəyinizi araşdırmaq istəyirsinizsə , yaşayış yerinizdə çalışan təlim keçmiş tibb işçisinə müraciə edin.
Kombinə olunmuş həblərin qəbuluna nə vaxt başlamaq olar?

  • Aybaşı dövrünün ilk 5 günü ərzində ( aybaşı qanaxmasının 1-ci günü aybaşı dövrünün 1-ci günüdür)
  • Abortdan dərhal sonra
  • doğuşdan sonra
  • əmizdirən qadınlar doğuşdan 6 sonra
  • əmizdirməyən qadınlar doğuşan 3 həftə sonra ( bu halda həkim məsləhəti tələb olunur)
Kombinə olunmuş həblər neçə qəbul edilməlidir?

Bu həblərin 21 və 28 həblik bağlanmaları istehsal olunur. 21 həblik bağlamadakı həblərin hamısı eyni rəngdə olur. 28 həblik bağlamada isə həblərin 21 bir rəngdə, digər 7-si isə başqa rəngdə olur
1 rəqəmi ilə işarələnmişhəblərdən başlayıb hər gün yaxşı olar ki, eyni vaxtda bir həb qəbul edin.
həbləri axşam saatlatında yatmazdan əvvəl qəbul etmək daha məsləhətdir

Bağlamanın üzərindəki ox işarəsi və ya nğmrə istiqamətinə uyğun olaraq  ertəsi gün növbəti həbi qəbul edin
gündə bir həb olmqla bağlamadakı həbləri sona qədər qəbul edin
28 həblik bağlamadakı fərqli rəngdə olan 7 həbi qəbul edərkən sizdə aybaşı olması ehtimalı vardır


среда, 1 декабря 2010 г.

QİÇS Bəşəriyyətin bəlasıdır!!!

Qazanılmış immun çatışmamazlığı sindromu virus mənşəli yoluxucu xəstəlikdir. Bu xəstəlik özü öldürmür, lakin ölüm törədən digər xəstəliklərin  ( xərçəng, ağciyər iltihabı, qrip və s.) inkişafına şərait yaradır.təl
Bu xəstəlik yeni meydana çımış, lakin buna baxmyaraq hal-hazırda bütün dünyada çox geniş yayılmaqda olan, bütün bəşəriyyətin və dünya birliyinin ən qlobal problemlərindən hesab edilən bir patologiyadır. QİÇS immun sistemin tam depressiyasına, infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsinə, onkoloji xəstəliklərin inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır ki, bütün bunlar da ölümlə nəticələnirlər. QİÇS hal-hazırda praktik olaraq dünyanın bütün ölkələrində vardır və böyük sürətlə də artmaqda davam edir. Belə hesab edilir ki, hər il yoluxmuş və xəstə şəxslərin sayı 2 dəfə artır.
Xəstəliyin adı əslində HİV infeksiyadır (HİV Human İmmunodeficiency Virus, yəni İİV  İnsan İmmunçatışmazlıq Virusu). QİÇS isə bu infeskiyanın sonunda, onun ağırlaşması və son nəticəsi kimi meydana çıxan bir əlamətdir. Lakin bu infeksiyanın ilk dəfə öyrənildiyi vaxtdan etibarən onun adına QİÇS deyildiyi üçün indi də bu termindən istifadə edilir. Belə güman edilir ki, xəstəlik XX əsrin 50-ci illərində Mərkəzi Afrikada başlanmış və yeni mutant virus yerli əhaliyə meymunlardan keçmişdir. Afirkadan isə xəstəlik Haiti adalarına, sonra isə Amerika və Qərbi Avropaya yayılmışdır.  Xəstəlik ilk dəfə 1981-ci ildə ABŞ-da homoseksualistlər arasında aşkar olunmuşdur
QİÇS xəstəliyi öz       inkişafında aşağıdakı mərhələləri keçir.

1. Latent dövr.
2. Generalizə olunmuş limfadenopatiya mərhələsi.
3. QİÇS-önü mərhələsi.

4. QİÇS mərhələsi (Qazanılmış immun çatışmazlıq sindromu mərhələsi).
 1. İnkubasiya (gizli) dövrü 
               Bir neçə həftədən bir neçə ilə qədər (hətta 15 il) ola bilər. Latent dövrün müddəti yoluxma zamanı orqanizmin immun siteminin vəziyyətindən , virusun konsentrasiyasından (miqdarından) və yoluxma mexanizmindən asılıdır. Latent dövrdə xəstənin qanında QİÇS viruslar və onlara qarşı yaranmış anti QİÇS-antitellər aşkar olunur. İlk dövrlərdə qanda kəskin şəkildə artan virusların miqdarı, təxminən 1,5-2 ay sonra antitellərin təsiri ilə azalır. Buna serokonverisya deyilir.
2. Generalizə olunmuş limfadenopatiya mərhələsi
 ( İlkin əlamətlər mərhələsi).
 Təxminən 3-5 il davam edən bu mərhələdə müxtəlif qrup limfa düyünləri bir neçə ay müddətində böyümüş olurlar. Xəstələrdə xroniki limfadenopatiya sindromu inkişaf edir. Bu zaman orqanizmdə iltihabi proses gedir, virus sayca artır.
3. QİÇS-önü mərhələsi.
 Bir neçə il davam edir. Bu dövrdə artıq başlanmaqda olan immun çatışmazlıq fonunda xəstələrdə limfadenopatiya, qızmdıra, diareya, tərləmə, ümumi əzginlik və zəiflik, dəridə fəsadlar (səpgi, qaşınma, qıcıqlanma və s.), qarın işləməsi, arıqlama müşahidə olunur, tez-tez yuxarı tənəffüs yollarının virus infeksiyaları, piodermiyalar, dəmrov və s. patologiyalar meydana çıxır. Bu dövr ərzində həmçinin bəd xassəli şiş (Kapoşi sarkoması) əmələ gəlir və müxtəlif infeksiyalar kəşkinləşir.

 QİÇS mərhələsi (Qazanılmış immun çatışmazlıq sindromu mərhələsi).
Təxminən 2 il davam edir. Bu mərhələdə immun sistemin tam iflici ilə əlaqədar qanda anti-QİÇS-antitellər demək olar ki, aşkar olunmur, QİÇS-virusların miqdarı isə əksinə kəskin şəkildə yüksəlir. Xəstələrdə tez-tez və ağır gedişə malik opportunist infeksiyalar, kaxeksiyalar, bəd xassəli şişlər baş verir
HİV virusuna yoluxduqdan sonra QİÇS xəstəliyi tədricən inkişaf etməyə başlayır. HİV virusu yoluxmuş insandan sağlam insana keçə bilər. Bu virusu daşıyan insan xəstə və zəif görünməsə də, hətta özünün xəbəri olmasa belə sağlam insanı yoluxdura bilər. Bu virus göz yaşında, tərdə, ağız suyunda, qanda, uşaqlıq yolu selikli qişasında, spermada, ana südündə və s. mövcuddur. Lakin digər insanlara ötürmək üçün onların sayı qanda, uşaqlıq yolu selikli qişasında, spermada və ana südündə kifayət qədərdir.

QİÇS -ə necə yoluxmaq olar?

1. Qorunmamış cinsi əlaqə ilə
2. Anadan uşağa döl və süd vasitəsilə
3. Strerilizə edilməmiş müxtəlif kəici və deşici alətlər (tibbi, tatuaj və s.) ilə
4. Qan köçürmə vasitəsilə
QİÇS-ə kimlər daha tez tutulurlar?
1. Homoseksualistlər (eyni cinslər arasında olan əlaqə)
2. Təsadüfi partnyorlarla çoxsaylı cinsi əlaqədə olan şəxslər
3. HİV-ə yoluxmuş şəxsə məxsus iynə şprisindən istifadə edənlər (bu hallar daha çox narkomanlar arasında yayılıb)
4. QİÇS-ə görə dəqiq müayinə etmədən donor qanı köçürülən xəstələr
5. HİV tutulmuş xəstənin orqanını özlərinə transplantasiya edilənlər
6. Tibbi müəssisələrdə strerilizə edilməmiş alətlər istifadə edənlər

QİÇS-in  əlamətləri

QİÇS-ə yoluxanlarda çoxsaylı əlamətlər müşahidə olunur. Bu əlamətlərə titrəmə, angina, arıqlama, limfa düyünlərinin böyüməsi, uzunmüddətli ishal, dəridə səpkilər, heç bir dərmanın təsirindən düçməyən qızdırma və s. aiddir.
QİÇS-dən qorunmaq yolları
    1. Təhlükəsiz cinsi əlaqə (qorunma vasitələri istifadə etmək)
    2. Başqasının şprisindən istifadə etməmək
    3. Bütün hamilə qadınlar HİV/AİDS testindən keçməli
    4. Donor orqan və qan alarkən HİV/AİDS testindən keçməsini tələb etmək
    5. Bir dəfəlik tibbi və digər alətlərdən istifadəyə üstünlük vermək

QİÇS-li xəstələrə qulluq 
Diqqət!!! 
AİDS-lə Mübarizə Mərkəzi və Regional Laboratoriyaların telefonları:


Bakı                                  +(994 12) 4949924
Gəncə                                  +(994 22) 561243
Lənkəran                             +(994 171) 42580
Salyan                                 +(994 163) 54926
Şirvan                                           +(994 197) 40367/43697
Sumqayıt                             +(994 164) 55680
Naxçıvan                             +(994 136) 50358
Mingəçevir                           +(994 147) 42623
Quba                                   +(994 169) 54226
Yevlax                                 +(994 166) 52261
Şamaxı                                +(994 176) 92329
Şəki                                    +(994 177) 42585/42547