понедельник, 29 ноября 2010 г.

Pandemik A(H1N1) qripi

Qrip pandemiyası qripin qlobal epidemiyası kimi müəyyən edilir  bilər ki, bu da qrip virusunun meydana çıxdığı və dai qrip kimi eyni qaydada öskürmək  və asqırmaq vasitəsi ilə yayılmağa başladığı zaman baş verir.
XX əsrdə  3 böyük qrip epidemiyası olmuşdur

  1. 1918-ci ildə yayılmış İspan qripi Bu epidemiya zamanı Dünyada 40-50 milyon insan ölmüşdür. Bu qripdə qrip virusunun daha güçlü forması başverdi, Ölüm halları əsasən 15-35 yaşlı sağlam insanlar arasında oldu, 1933-cü ilə qədər olan dövrdə qripə qarşı vaksin yox idi.
  2. 1957-ci ildə baş verən Asiya qripi olmuşdur ki, bu qripin nəticəsində dünyada 2 milyon ölüm hadisəsi qeydə alınmış, 1918-ci il qripindən nisbətən bu qrip zəif idi. Ölüm halları xroniki xəstəlikləri olan insanlarda oldu.  Bu rip zamanı vaksin və virus əleyhinə preparatlar var idi , lakin kifayət qədər miqdarda deyildi.
  3. 1968-ci ildə baş vermiş Hong Kong qripi Bu qrip nəticəsində Dünyada  1 milyon  ölüm hadisəsi qeydə alındı. 1957-ci il qripindən nisbətən  zəif idi. Ölüm halları xroniki xəstəlikləri olan insanlarda oldu.  Vaksin və virus əleyhinə  preparatlar var idi, lakin kifayət miqdarda deyildi.      

                 XXI əsr
2009-cu ildə Yeni A(H1N1) qripi. Ölümlərin sayı hələ tam müəyyən olunmayıb. Vaksin və virus əleyhinə preparatlar var, lakin bütün ölkələrin tələbatını təmin etməyə bilər
Pandemik virusun insandan insana davamlı yoluxması  ÜST-in əhatə etdiyi iki müxtəlif regionunda baş verirsə, bu halda pandemiya elan edilir Ölkələrə pandemiyaya hazırlıq və cavab tədbirlərinin planlaşdırılmasına dəstək məqsədi ilə UST( Ümumdünya Səhiyyə Təşkilatı) dünya üzrə standart olan pandemiya fazalarını tərtib etmişdir.

A(H1N1) QRİP PANDEMİYASI VƏ ONUN TARİXİ

2009-cu ilin mart-aprel aylarında Meksika  və Amerika Birləşmiş Ştatlarında qeydə alınmıç respirator xəstəliklər  hadisələrinin epidemioloji tədqiqatını apararaq insaların yeni qrip virusu ilə yoluxmasını aşkar etmişlər. Yeni A(H1N1)qrip virusu ilk olaraq ABŞ-da 15 aprel 2009-cu il tarixdə müəyyən edilmişdir.Bu virus ilə törənən qrip əvvəllər heç vaxt insanlar  arasında dövr etməmişdir. Virus əvvəlki və ya cari mövsümi qrip virusları ilə əlaqə deyil, A-donuz, insan və quş qripi viruslarının gen hissələri movcuddur. A(H1 N1) qripi virusu adlanan bu virus əhali arasında və kütləvi informasiya vasitələrində daha çox "Donuz qripi" və ya  "Kaliforniya" qripi kimi tanınır.
 Meksikida, sonra isə digər ölkələrdə baş vermiş hadisələr 25 aprel 2009-cu il tarixdə ÜST-nin Baş direktoruna əsas verdi ki, qüvvədə olan Beynəlxalq Tibbi-Sanitariya Qaydalarının meyarlarına əsaslanaraq ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə halın baş verməsi barədə bəyan etsin. 11 iyun 2009-cu il tarixdə ÜST-nin təcili iclasında ölkələrdən daxil olan məlumatlar nəzərə alınaraq Beynəlxalq  Tibbi-Sanitariya Qatdaları tərəfindən müəyyən edilmiş qaydalara əsasən A(H1N1) qripinin pandemiyası elan edildi ki, bu da son 40 ildə baş verən ilk pandemiyadır.

A(H1N1) QRİPİNİN DÜNYADA YAYILMASI

ÜST-nin məlumatına əsasən 2010-cu ilinyanvar ayına olan vəziyyətə görə 209 dünya ölkəsi və ərazisi A(H1N1)virusunun qeydə alınması və 14711 laborator üsulla təsdiq olunmuş ölüm halları barədə bəyan etmişdir. Əksər ölüm hallarına ağır xəstələnmə hallarının 5--80%-i isə ağ ciyərlərinxroniki xəstəliyi(astma və digər patologiyalar) olan insanlarda qeydə alınır. Həmçinin xəstəliyə tutulmuş hamilə qadınların reanimasiya şöbəsinə qəbul olunması halları ümumi əhali arasında xəstələnmiş çəxslərə nisbətən 10 dəfə artıqdır və xəstəxanalara çatdırılmış belə qadınların 7-10% hamiləliyin 2-ci və ya 3-cü üçaylığında olanlardır.
Bir çox ölkələrdə olan vəziyyətin təhlili göstərdi ki , A(H1N1)virusu tez bir zamanda  dünyaya yayılaraq hazırda  qriplə xəstələnmə sturukturunda üstünlük təşkil edir, yəni mövsümü qripdən fərqli olaraq çox yayılmışdır.

AZƏRBAYCANDA PANDEMİK A(H1N1) QRİPİ

2010-cu ilin yanvar ayına olan məlumata görə Azərbaycanda  A(H1N1) qripinin 14 halı qeydə alınmış, onlardan 5-i qadın və 9-u kişi, 9-u 18 yaşınadək  və 5-i 18 yaşdam yuxarı insanlara aiddir.
A(H1N1) pandemik qripi qeydə alınmış şəxslərdən 5-i Ukraynadan, 2-si İngiltərədən, 1-i Fransadan və 1-i Türkiyədən yoluxmuş halda gələnrdir. Ölüm halları qeydə alınmamışdır. Digər 5 hadisə xaricdən gələn xəstlərlə  təmasda olanlardır.

A(H1N1) Pandemik qripinin mövzümi qripdən fərqi

Mövsümi qrip epidemiyalari hər il baş verir və virusllar hər il dəyişir, lakin bir çox insanın dövr edən virusa qarşı müəyyən qədər immuniteti vardır ki, bu da xəstəliklərin sayını məhdudlaşdırmağa imkan verir. Bir sıra inkişaf etmiş ölkələrdə əhali mövsümi qripə qarşı peyvəd olunur ki, bu da xəstələnmə və ölüm hallarını azaldır.
Lakin əksər insanların yeni olan A(H1N1) qripi virusuna qarşı immuniteti yoxdur və ya çox zəifdir. Ona görə də bu virus mövsümi qrip epidemiyalarindan fərqli olaraq daha çox ağırlaşmalar yarada bilər.
Yeni A(H1N1) qripi virusu ilə törənən qrip əvvəllər heç vaxt insanlar arasında dövr etməmişdir. Bu virus əvvəlki vəya cari mövsümi qrip virusları ilə əlaqəli deyil, A-donuz qripi vuruslarından əmələ gəlmiş və tərkibində A-donuz, insan və quş qripi viruslarının gen hissələri mövcuddur. Adi mövsümi qrip halları ilə müqayisədə A(H1N1) qripi gənc əhali arasında (50 yaşdan aşağı) daha çox qeydə alınır